Martın 3-də keçirilən IX sinif buraxılış imtahanlarında iştirak edən  26 857  nəfər , martın 10-da keçirilən imtahanlarda iştirak edən 25 762 abituriyent öz nəticələrinə (balına) baxıb.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyərək abituriyentlərin öz nəticələrinə biganə münasibətindən danışıb:

 

"IX sinif buraxılış imtahanlarında (3 mart) iştirak edən cəmi 10795 nəfər (29%) cavab vərəqələrinə (verilən suallara hansı cavabı yazdığına) baxıb. Bu da o deməkdir ki, yerdə qalan 71% sualların cavablarına baxmayıb".

 

DİM sədri qeyd edib ki, cəmi 6973 nəfər, yəni imtahan verən abituriyentlərin 18%-i cavab vərəqələrinə baxıb.

 

M.Abbaszadə onu da deyib ki, martın 17-də keçirilən imtahanların nəticəsi sabah, martın 31-də keçirilən imtahanların cavabı isə mayın 3-də elan ediləcək: “7,14,21 və 28 apreldə olan imtahanların cavablarının yay qəbul imtahanlarına qədər elan olunması nəzərdə tutulur".