Bakı şəhəri 10 nömrəli tam orta məktəbin informatika müəllimi Bulul Nəsirova #PolyChallenge-in Azərbaycandakı 2-ci müsabiqəsinin qalibi olub.
Təhsil Nazirliyinin dəstəyi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən #PolyChallenge-in Azərbaycandakı 2-ci müsabiqəsinin qalibi B.Nəsirova hədiyyə ilə təltif olunub.
Qeyd edək ki, aprelin 1-dən #PolyChallenge-in 3-cü müsabiqəsinə start verilib. Müsabiqədə iştirak etmək istəyən müəllim və şagirdlər müsabiqənin rəsmi saytından (www.polychallenge.org/azerbaijan-prize-az) ətraflı məlumat əldə edə bilərlər.
Onu da qeyd edək ki, müsabiqə aprelin 15-nə qədər davam edəcək.