Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) voleybol idman növü üzrə dünya çempionatında ölkəmizi təmsil edəcək qızlardan ibarət komanda ilə görüş keçirilib. Martın 30-da Xorvatiyanın Poreç şəhərində keçiriləcək məktəblərin dünya çempionatında ölkəmizi 269 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət voleybal komandası təmsil edəcək.