Proqram 18 onlayn-kurs təklif edir
Avropa, Asiya və Avstraliyanın 11 universiteti virtual mübadilə proqramına qoşuldu. Bu universitetlərin tələbələri proqramda iştirak edən digər istənilən ali məktəblərin onlayn-kurslarını keçə və öz təhsil proqramında nəticələrini rəsmiləşdirə biləcəklər.
Hazırda proqram 18 onlayn-kurs təklif edir. Onların əksəriyyəti Niderlandın Delft Texnologiya Universiteti tərəfindən hazırlanıb və edX platformasında yerləşdirilib. Virtual mübadilənin ideyası ondan ibarətdir ki, universitetlər öz kurslarının arsenalını genişləndirir, tələbələr isə yaşadıqları yeri tərk etmədən xarici universitetdə oxuya bilərlər. Delft Texnologiya Universitetinin vitse-prezidenti Anka Madler qeyd edir ki, hər ali məktəbin tərəfdaş olduğu universitetin təklif etdiyi kursların keyfiyyətinə etibar etməsi proqram üçün xüsusi əhəmiyyət daşıyır.
Oruc MUSTAFAYEV