Azərbaycandan olan 50 təhsil mütəxəssisi İsraildə dörd həftəlik STEM (Science, Technology, Engineering and Mathematics) və digər innovativ təhsil proqramlarının (robotexnika, kibernetika, nanotexnologiyalar və s.) tədrisi ilə bağlı təlimdə iştirak edirlər.

 

Səfər Təhsil Nazirliyi ilə İsrailin AGM (Aerospace Marketing Services) şirkəti arasında imzalanmış müqavilə əsasında təşkil olunub. 

 

Səfər çərçivəsində  STEM təhsili ilə bağlı proqramın Azərbaycan kurikulumlarına uyğunlaşdırılması, bu məzmunun Azərbaycandan olan mütəxəssislərə çatdırılması və məktəblərdə tətbiqi zamanı İsraildən olan mütəxəssislər tərəfindən müəllimlərə metodik dəstəyin göstərilməsi üzrə təlimlər keçiriləcək.

 

Təlim kursunda Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe məktəblərdən, Bakı Mühəndislik Universitetindən və bir sıra rayonlardan müəllimlər iştirak edirlər.

 

Təlim kursu martın 31-dək davam edəcək.