Martın 2-də Bakı şəhəri 6 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş məktəblilərarası Fibonacci  intellektual yarışının yarımfinal mərhələsi keçirilib.

 

Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva iştirak edib.

 

Nazir müavini son illər təhsil sahəsində həyata keçirilən islahatlar nəticəsində tədrisin keyfiyyətinin yüksəldiyini, istedadlı uşaqlarla işin təşkilinin yeni mərhələyə qədəm qoyduğunu bildirib.

 

Məhəbbət Vəliyeva belə yarışların şagirdlərin potensialının aşkara çıxarılmasında, komanda işinin və liderlik qabiliyyətlərinin inkişaf etdirilməsində mühüm rola malik olduğunu vurğulayıb və yarışda iştirak edən şagirdlərə uğurlar arzulayıb.

 

Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində keçirilən yarışın yarımfinal mərhələsində 15 məktəbin komandası iştirak edib. Bunlardan 10 ən yüksək nəticə göstərən komanda final mərhələsinə keçmək hüququ qazanıb. Yarımfinal mərhələsində finala keçmək hüququ qazana bilməyən komandalara tədbirin fəxri qonaqları tərəfindən layihədə iştiraka dair xüsusi sertifikat və hədiyyələr təqdim olunub.

 

Ümumilikdə layihə üzrə bir promo oyun, 8 oyun, bir yarımfinal və bir final mərhələsinin keçirilməsi nəzərdə tutulub.  Layihə çərçivəsində keçirilən oyunlarda məktəblilərin istirahəti və qidanlanması üçün lazımi şərait də yaradılıb. Onların motivasiyasını təmin etmək məqsədilə hər oyunda ilk 3 yeri tutan komanda müxtəlif hədiyyələr ilə mükafatlandırılıb.

 

Martın 16-da layihənin final mərhələsi baş tutacaq. Yarışın qalibləri xüsusi hədiyyə və sertifikatlarla təltif olunacaqlar.