Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxu “Beynəlxalq Assosiasiya” İctimai Birliyinin Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin, ADPU-nun və Azərbaycan Respublikası Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbirin yüksək səviyyədə keçirilməsi məqsədi ilə 22 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. 3 gün davam edən oxuda respublikamızın və xarici ölkələrin humanist pedaqogika sahəsində çalışan tanınmış, nüfuzlu alim və mütəxəssisləri, gənc müəllimlər iştirak edib.
Avtorizasiya