Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2019-2020-ci tədris ili üçün təqaüd proqramı elan edib.

 

Proqrama əsasən, magistratura səviyyəsində bitkilərin mühafizəsi, kənd təsərrüfatının inkişafı və aqrobiznes, kənd təsərrüfatı üzrə biotexnologiya ixtisaslarına təqaüdlər təklif olunur.

 

Təqaüd proqramının tədris dili ingilis dilidir. Təhsil haqqı, tibbi sığorta, yataqxana və  yaşayış xərcləri Macarıstan hökuməti tərəfindən qarşılanacaq.

 

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları tələb olunan sənədləri cari ilin fevralın 28-dəkREU-Scholarhip@fao.org elektron poçt ünvanına göndərməlidirlər.

 

Müsabiqədə yalnız 30 yaşadək namizədlər iştirak edə bilərlər.

 

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.