33 iddiaçı 18 yer uğrunda mübarizə aparır


Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq məktubuna əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru hazırlığı üzrə  dissertanturaya  qəbul başlayıb. Bununla bağlı “Azərbaycan” qəzetinin 4 dekabr 2018-ci il tarixli 273 nömrəsində elan dərc edilib. Elana əsasən müxtəlif ixtisaslar üzrə 18 yer fəlsəfə doktoru proqramı üzrə doktoranturaya, 9 yer fəlsəfə doktoru proqramı üzrə dissertanturaya, 7 yer elmlər doktoru proqramı üzrə dissertanturaya ayrılıb.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərovun 6 dekabr 2018-ci il tarixli 3/173 nömrəli əmri ilə Sənəd Qəbulu Komissiyası yaradılmıb. 7-25 dekabr 2018-ci il tarixlərdə ADPU-da sənəd qəbulu keçirilib. Bu dövrdə komissiyaya 45 nəfər sənəd təqdim edib. Onlardan 33 nəfər fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya, 7 nəfər fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya, 5 nəfər elmlər doktoru hazırlığı üzrə dissertanturaya sənəd verib.

 

7 yanvar 2019-cu il tarixdən fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanları, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertanturaya müsahibələr başlayıb.