Dekabrın 20-də Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə Məktəblilərin Respublika Yaradıcılıq Festivalına start verilib.
Festivalın məqsədi məktəblilərdə yeni növ texnologiyalaradan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzinin formalaşdırılması, onlara gələcəyin ixtisas və peşə seçim imkanlarını təmin edən müvafiq bacarıqların verilməsidir.
2018-2019-cu tədris ili boyunca keçirilməsi nəzərdə tutulan festival çərçivəsində 2 müsabiqə - “Ekoloji yönümlü və enerji effektli məktəb” və Məktəblilərin dram, təsviri və dekorativ-tətbiqi sənət üzrə respublika müsabiqələri keçiriləcək.
Müsabiqələrdə respublikanın bütün ümumtəhsil müəssisələrinin şagirdləri dekorativ-tətbiqi, təsviri sənət, dram və ekologiya istiqamətləri üzrə iştirak edəcəklər.