Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin noyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

 

Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 9306 müraciət daxil olub.

 

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində  6747 zəng qəbul edilib.

 

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2559 vətəndaşa xidmət göstərilib.

 

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1246 sənəd (476 ərizə, 770 məktub) qəbul olunub və qeydiyyata alınıb.

 

Daxil olan müraciətlər daha çox şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və digər bu kimi  məsələləri əhatə edib.