"Təhsil norma və dəyərləri formalaşdırır. Norma və dəyərlər özləri sosial konsesiumu yaradır. Bu da öz növbəsində ekoloji tədbirlər üçün mühüm amildir". 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu London İqlim Fəaliyyəti Həftəsinin səfiri Malini Mehra Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan "İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda tədbirdə çıxışı zamanı deyib. 
 
O bildirib ki, 6 il əvvəl London İqlim Fəaliyyəti Həftəsində təşəbbüslərə başlayanda bilirdik ki, iqlim müzakirələri müxtəlif platformalarda aparılır. Amma şəhər mühitini özündə ehtiva edəcək böyük platforma yox idi. Biz burada bütün cəmiyyətin nümayəndələrini birləşdirdik və təhsil sektoru onun ən fundamental zümrəsi idi.
 
"Kiçik və orta sahibkarlar sizin əsas tərəf müqabilləriniz olmalıdır. Ətraf mühitin mühafizəsi mədəniyyətin bir parçası olmalıdır. Belə bir mədəniyyəti formalaşdırmaq üçün universitetlər mühüm rola malikdir", - deyə əlavə edib.
 
Yetər KƏRİMLİ