Elm və təhsil nazirinin müavini Həsən Həsənli "Təhsilin transformasiyasının hüdudlarından kənar Sammiti: Öhdəlikdən fəaliyyətə" mövzusunda keçirilən İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (ICESCO) üzv ölkələrin təhsil nazirlərinin 3-cü konfransında iştirak məqsədilə Oman Sultanlığının Maskat şəhərində səfərdədir.
Konfransın ilk günü açılış nitqləri, təhsil üçün birlik, təhsilin rəqəmsallaşdırılması, yaşıl təhsilə keçid, böhran vəziyyətində təhsil kimi plenar sessiyalarla yadda qalıb.
Qeyd edək ki, konfransda 40-dan çox üzv ölkənin təhsil üzrə yüksək səviyyəli nümayəndə heyətləri iştirak edir. Konfrans 3 oktyabr tarixinədək davam edəcək.