Elm və təhsil naziri Emin Əmrullayev 18 oktyabr tarixində Tovuz şəhərində vətəndaşları qəbul edəcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, qəbulda Ağstafa, Qazax, Şəmkir, Gədəbəy və Tovuz sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri 11 oktyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.