Oktyabrın 1-dən 2024-2025-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb. 
 
“Azərbaycan müəllimi” xəbər verir ki, 11 iyul tarixindən bu günə qədər ümumilikdə 93000-dən çox uşaq elektron sistem vasitəsilə məktəbəhazırlıq qruplarına qəbul edilib.
 
Qeyd edək ki, məktəbəhazırlıq uşaqlarda oxumaq həvəsini, onların məktəbə müsbət emosional münasibətinin formalaşdırılmasını, məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasını və birinci sinfə adaptasiyasını təmin edir.