Bu gün məktəbəhazırlıq qruplarında əyani formada məşğələlər başlayır.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il (2019-cu ildə) tamam olan uşaqlar qəbul edilirlər.
 
Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçilir. Bir gün ərzində 3 məşğələ tədris olunur.