STEAM Azərbaycan layihəsi hazırda 398 məktəbdə tətbiq edilir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu "Beynəlxalq Yaşıl STEAM Azərbaycan" festivalının keçirilməsi ilə əlaqədar baş tutan brifinqdə STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov deyib.
 
O qeyd edib ki, layihənin tətbiqi dördüncü sinifdən doqquzuncu sinfə qədərki müddəti əhatə edir: "Hazırda layihə 398 orta məktəb və peşə məktəblərində tətbiq edilir. Bu da 220 mindən çox şagird deməkdir".
 
İ.Nəzərov əlavə edib ki, STEAM Azərbaycan layihəsində yarış kateqoriyalarında yeniliklər var: ""Bizim peykimiz" adlı yeni kateqorya yaradılıb. Bu yarışda uşaqlar peyk texnologiyaları ilə yaxından tanış olacaqlar. Məqsədimiz şagirdlərdə innovativ texnologiyalara maraq yaratmaqdır".