Türkiyənin Süleyman Dəmirəl Universitetinin rektoru professor Mehmet Saltan UNEC-də olub.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
 
UNEC rektoru professor Ədalət Muradovla keçirilən görüşdə tərəflər arasında hər iki universitet barədə məlumat mübadiləsi aparılıb, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.
 
Müzakirələrin nəticəsi olaraq, UNEC-də beynəlxalq akkreditasiyadan keçmiş proqramlar üzrə ortaq fakültə yaratmaqla bağlı qərarlar qəbul edilib.