24 sentyabr tarixində "STEAM vasitəsilə Yaşıl bacarıqlar" layihəsi çərçivəsində "Ecothon" müsabiqəsi keçirilib. Müsabiqədə ümumilikdə 48 şagird və 16 mentor iştirak edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov, UNICEF'in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saja Abdullah, AR Təhsil İnstitutunun Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov və digər rəsmi nümayəndələr iştirak edib.
Müsabiqə, iştirakçıların layihələrinin təqdimatı ilə başlamış, daha sonra isə rəsmi çıxışlar və mükafatlandırılma mərasimi ilə davam etmişdir.
Tədbir Respublika Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin rəqs ansamblının "Naz eləmə" və "Qaval-daş nağara ritm" qrupunun çıxışı ilə sonlanıb.