66 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olunub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
 
Qeyd edək ki, 29 iyul-14 sentyabr tarixlərini əhatə edən 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 24821 nəfərin qəbul olunması ilə başa çatıb. Qəbul olunan tələbələrin 85%-i dövlət sifarişi əsasında, 15%-i isə ödənişli əsaslarla təhsil almağa başlayıb.