Bu gün VII Çağırış Milli Məclisin ilk iclasında parlamentin komitə sədrləri seçilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov seçilib.
 
Anar İsgəndərov 1956-cı ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olub.
 
1973–1978-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb.
 
1978–1981-ci illərdə Masallı rayonunda tarix müəllimi, 1982–1984-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Fəlsəfə" kafedrasında kabinet müdiri, 1984–1999-cu illərdə BDU-nun Tarix fakültəsi "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent, 1999-cu ildən indiyə qədər həmin kafedraya rəhbərlik edir.
 
20 monoqrafiya, 8 dərs vəsaiti və 260-dan çox elmi məqalənin müəllifidir.