“Artıq Qarabağ Universitetində də ilk dərslər başlayıb. Ümid edirik ki, Qarabağ Universiteti Azərbaycanın təhsil həyatında ən önəmli iştirakçılardan birinə çevriləcək”. 
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
 
Nazir Qarabağ Universitetinin nəzdində tibb fakültəsinin açılması, eyni zamanda elmi-tətqiqat yönümlü xəstəxana ilə universitetin tibb fakültəsinin birgə əməkdaşlıq etməsi gözlənilir. Bununla yanaşı, ali təhsil səviyyəsində tibb bacısı ixtisasının açılmasının planlaşdırıldığını diqqətə çatdırıb. Bildirib ki, hər şey plana uyğun gedərsə, növbəti il Qarabağ Universitetində tibb fakültəsinin fəaliyyətə başladığının şahidi olacağıq.
 
Bundan əlavə, Xocalı şəhərində Kənd təsərrüfatı elmləri fakültəsinin təxminən 2027-ci ildə fəaliyyətə başlaması planlaşdırılır. 
 
Günel ABBAS