Niderland Krallığının Tio Biznes Məktəbi təqaüd proqramı elan edir.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Tio Biznes Məktəbi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində “İstedad” təqaüd proqramı üzrə 2024-2025-ci tədris ilində beynəlxalq tələbələrə Niderlandda təhsil imkanı təklif edir. 
 
Təqaüd proqramına müraciət üçün son tarix 10 oktyabr 2024-cü il nəzərdə tutulub.
 
Proqram barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.