Neftçala şəhər E.Həbibov adına 4 nömrəli tam orta məktəb üçün yeni bina inşa olunur.
 
İdarədən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə, Azərbaycan Respublikası Təhsil İnstitunun direktor müavini İlham Cavadov, Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Neftçala şəhər E.Həbibov adına 4 nömrəli tam orta məktəbdə olub, yeni tikilən məktəb binasının tikinti prosesi ilə yaxından maraqlanıblar.
 
Qeyd edək ki, 720 yerlik E.Həbibov adına 4 nömrəli tam orta məktəbin tikintisi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
 
Tural NƏSİROV 
Şirvan-Salyan üzrə regional təmsilçi