"Hazırda STEAM 5-9-cu sinifləri əhatə edir. Bu ildən 4-cü siniflərdə də STEAM dərsləri tədris olunacaq".
 
Bu fikirləri “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov deyib.
 
İ.Nəzərov bildirib ki, gələn ildən 3-cü siniflərdə də tətbiq ediləcək.
 
"Gələcəkdə bu layihəni bütün siniflərdə həyata keçirmək planları var. Hər il proqramlarımızı təkmilləşdiririk. Artıq demək olar ki, pilot layihə olmaqdan çıxmışıq. Hesab edirəm ki, 2025-ci ildən sonra STEAM təhsilin bir hissəsi olacaq". 
 
Günel ABBAS