“2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 26 avqust 2024-cü il tarixinədək uzadılır.
Bu barədə "Azərbaycan müəllimi"nə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində müəyyən səbəblərdən məktəbəqədər təhsildən kənarda qalmış uşaqları bu təhsilə cəlb etməkdir.
Ətraflı məlumatla https://edu.gov.az/uploads/elan/2024/07/icma-esasli-mektebe-qeder-tehsil-qrant.pdf keçidi vasitəsilə tanış olmaq mümkündür.