Dövlət İmtahan Mərkəzi tərəfindən 31 iyul – 2 avqust 2024-cü il tarixlərində həyata keçirilən ali təhsil müəssisələrinin sərgisində Qarabağ Universiteti də iştiak edib.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, ziyarətçilər sərgidə Qarabağ Universitetinin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara dair məlumatlar əldə ediblər.
3 gün ərzində İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə və Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyevin iştirakı ilə Universitetin 27 ixtisası barəsində infosessiyalar təşkil olunub, abituriyentlərə ixtisas seçiminə dair tövsiyələr verilib.
Qeyd edək ki, ümumilikdə 1500-dən artıq abituriyent və valideynin ziyarət etdiyi sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi iştirak edib.