Müəllimlərin işə qəbulu üzə müsabiqəyə hər il, əsasən, eyni ərazilər üzrə vakansiyaların çıxarılması ilə bağlı iddialara aydınlıq gətirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzinin şöbə müdiri Muxtar Hacıyev məlumat verib:
 
O bildirib ki, bu il vakansiya seçimi mərhələsinin əsas turunda təqdim edilmiş vakansiyaların 3000-ə yaxını namizədlər tərəfindən seçilməyib
 
"Bizim əsas vəzifəmiz məktəblərdə müəllim çatışmazlığının aradan qaldırılmasıdır. Əvvəl-axır o yerlər seçilməlidir. Lakin məsələ burasındadır ki, namizədlər həmin yerləri seçmirlər. Bu səbəbdən də həmin yerlər növbəti illərdə də vakansiyaya çıxarılır.
 
Onu da qeyd edim ki, həmin vakant yerlər seçilmədiyi təqdirdə isə biz o məktəbləri müəllimsiz qoymuruq. Saat hesabı və ya müddətli müqavilə ilə həmin məktəblərə müəllimlər cəlb olunurlar".