"Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Qubadlı, Zəngilan, Ağdam və Şuşada peşə təhsili müəssisələrinin layihələndirmə mərhələsi davam edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, 2023-2024-cü tədris ilində peşə təhsili müəssisələrində təhsil alan keçmiş məcburi köçkünlərin sayı 1200 nəfər olub. Hazırda Füzulidəki peşə təhsili müəssisəsinin isə tikintisi davam edir.
Günel ABBAS