Şuşa Dövlət Peşə Təhsil Mərkəzində 3 yeni ixtisas ölkədə ilk dəfə tədris olunacaq. 
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib. 
 
O bildirib ki, həmin peşələr "Daş memarlıq abidələrinin bərpaçısı", "Bədii tikmə ustası", "Musiqi alətlərinin ustası" ixtisaslarıdır. 
 
Ceyhun Kərəmov 400 tələbə tutumlu Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin 12 emalatxana, 86 yerlik yataqxanadan ibarət olduğunu qeyd edib. 
 
Həmçinin agentlik direktoru 850 yerlik Füzuli Dövlət Peşə Təhsil Mərkəzinin 34 emalatxana,  100 yerlik yataqxanadan ibarət olduğunu diqqətə çatdırıb.
 
Günel ABBAS