Peşə təhsili müəssisələrinin akkreditasiya meyarlarının təsdiqi və 5 ali təhsil müəssisəsində akkreditasiya qiymətləndirilməsi nəzərdə tutulur.
	“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov agentliyin 2024-cü ilin I yarım ili üzrə keçirilən hesabat tədbirində bildirib.
	Onun sözlərinə görə, proses elektron sistem üzərindən və Beynəlxalq Akkreditasiya Agentlikləri (IAAR) tərəfindən Beynəlxalq proqram akkreditasiya qiymətləndirilməsi əsasında həyata keçiriləcək.
	Günel ABBAS
 				
                
                
                
         	
                                             
              





 
 