Bu ilin I yarısında 125 nəfərə dosent və professor elmi adları verilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.
 
Qeyd olunub ki, həmin dövrdə 103 nəfərə dosent elmi adı verilib. Həmin elmi ad üçün müraciət edən 16 nəfərə isə imtina cavabı gəlib. 
 
Bundan başqa, ilin I yarısında 22 nəfərə professor elmi adı verilib, 3 nəfərə isə imtina cavabı gəlib.