Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsi tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinin rəhbər heyəti, eləcə də məsul şəxsləri üçün “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə Qaydası” ilə bağlı təlim keçirilib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, təlimə 210 nəfərdən çox iştirakçı cəlb olunub. Təlim müddətində ixtisas üzrə təcrübə keçmək barədə müvafiq məlumatlar verilib, həmçinin iştirakçıların sualları cavablandırılıb, rəy və təklifləri dinlənilib. 
 
Qeyd edək ki, Elm və ali təhsil siyasəti şöbəsi tərəfindən 2024-cü ildən ali və orta ixtisas təhsili müəssisələrinin müvafiq heyəti üçün yeni qəbul olunmuş qayda və normativ-hüquqi sənədlərlə bağlı təlimlər keçirilir.    
 
Elm və ali təhsil siyasətinə dair strateji məsələlərlə bağlı təlimlər yeni tədris ilində də davam etdiriləcək.