Bu ilin I yarısında 184 nəfərə fəlsəfə doktoru, 38 nəfərə isə elmlər doktoru elmi dərəcəsi verilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.
 
Qeyd olunub ki, həmin dövrdə 98 nəfərə fəlsəfə doktoru, 8 nəfərə isə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina edilib.