“Azərbaycan Milli Kitabxanasının əməkdaşları Azərbaycan xalq mahnıları və bəstəkarlarının 300-dən çox musiqi əsərinin notlarını, habelə Azərbaycanın korifey ifaçılarının səsyazılarını mp3 formatında “Petruççi Musiqi Kitabxanası”nda (www.imslp.org) yerləşdirib”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət işçisi professor Kərim Tahirov müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan Milli Kitabxanası milli musiqi irsimizin təbliği istiqamətində bir çox layihələr həyata keçirib:
Onun sözlərinə görə, Azərbaycan Milli Kitabxanası milli musiqi irsimizin təbliği istiqamətində bir çox layihələr həyata keçirib:
“Respublikamızın və dünyanın hər bir yerindən internetə çıxışı olan “Musiqi kitabxanası” layihəsi və Azərbaycan musiqisinin dünyada geniş miqyaslı təbliğinə nail olmaq məqsədilə Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən "Azərbaycan musiqi irsinin dünyada təbliği” adlı birgə layihə də böyük əhəmiyyət kəsb edir. Burada Azərbaycanın Dövlət Himni, “Sarı gəlin”, “Qarabağ şikəstəsi” kimi şedevrlərin həm notu, həm də səsyazıları, korifey ifaçılarımızdan ölməz Bülbülün, Xan Şuşinskinin, Azərbaycan musiqisini dünyaya tanıdan unudulmaz Rəşid Behbudovun, Lütfıyar İmanovun, Habil Əliyevin və digər görkəmli sənətkarlarımızın ifasında xalq mahnılarımızın və bəstəkar mahnılarımızın lent yazıları yerləşdirilib.
Azərbaycan Milli Kitabxanası milli musiqi irsimizin təbliği istiqamətində işini davam etdirərək son illər ərzində “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından məşhur bəstəkarlarımızdan Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Müslüm Moqamayevin, Cahangir Cahangirovun, Rəşid Behbudovun, Bülbülün, Niyazinin, Süleyman Ələsgərovun və digərlərinin fundamental biblioqrafiyalarını hazırlayaraq nəşr edib və elektron məlumat bazalarını yaradıb”.
Günel ABBAS