15 iyun-4 iyul tarixlərində Çin Xalq Respublikasında təşkil olunmuş riyaziyyat yay düşərgəsində dünyanın 30-a yaxın ölkəsinin milli olimpiada komandası ilə bərabər, Azərbaycan məktəbliləri də iştirak edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, komanda iştirakçıları beynəlxalq miqyasda tanınmış alim və mütəxəssislər, olimpiada məşqçiləri tərəfindən təşkil edilmiş mühazirələrdə riyaziyyatın əsas sahələri üzrə biliklərini möhkəmləndirib.
 
Qeyd edək ki, sözügedən komanda ölkəmizi cari tədris ilində Böyük Britaniyada təşkil olunacaq 65-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında təmsil edəcək. Yay düşərgəsinə dünyanın müxtəlif ölkələrindən 250-dən çox məktəbli qoşulub.
 
Yekunda təşkil olunmuş olimpiadada məktəblilərimiz iki bürünc medal qazanıblar.