Bu il Gəncədəki Azərbaycan Texnologiyalar Universiteti və Azərbaycan Texniki Universitetinin yataqxanalarının təmirinə başlanıla bilər.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov qurumun üç illik hesabat tədbirində çıxışı zamanı deyib.
 
O bildirib ki, tələbə yataqxanalarının tikintisi zəruri məsələlərdəndir:
 
"Özəl sektoru bu işə cəlb edərək tələbələrin yataqxanalarda qalma şəraitin yaxşılaşdırılması üçün çalışırıq. Hazırda yataqxana problemi olan bir neçə ali təhsil müəssisəsi ilə danışıqlar aparılır".