"Qızların təhsilinə dəstək" proqramı çərçivəsində bu günə qədər 210 tələbə qıza təqaüd verilməsi ilə yanaşı, onların təcrübə keçməsi təmin edilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qurumun 3 illik hesabat tədbirində çıxışı zamanı deyib.
 
O bildirib ki, Fond mütəmadi şəkildə bir çox özəl şirkətlərə əməkdaşlığı davam etdirir: "İELTS imtahanına təşviq layihəsi çərçivəsində 9 ali təhsil müəssisəsinin 385 iştirakçısı uğurla imtahan verərək İELTS sertifikatı əldə edib.
 
Qeyd edilib ki, "4Sİ Akademiyası" layihəsi çərşivəsində müraciət edən 10 mindən çox şəxsə 1 il ərzində ABŞ-nin qabaqcıl təhsil platforması olan "Coursera" üzərindən dünyanın nüfuzlu universitetlərinin, şirkətlərinin təqdim etdiyi ümumilikdə 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 700-dən çox kursa daxil olmaq üçün ödənişsiz təhsil təqaüdü təqdim olunub.
 
Layihəyə nəticəsində 8000 nəfər iştirakçı olub. 800-ə yaxın kursa ödənişsiz girişə nail olunub. 2700-ə yaxın tamamlanmış kurs və əldə olunmuş sertifikatlar mövcuddur.
 
"Maarifçi tələbə-məzun təcrübə proqramı çərçivəsində 25 iştirakçıya təcrübə və iş yerləri təklif olunub. Növbəti tədris ilində layihənin davam etdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur", - Fond rəhbəri bildirib.