2024-cü ilin ilk 6 ayı ərzində ali və orta ixtisas təhsili müəssisələrinin müraciətləri əsasında ümumilikdə 7500-dən çox müxtəlif adda təhsil sənədi onlara təhvil verilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Aqşin Abasov jurnalistlərə açıqlamasında deyib.
 
Bununla yanaşı, yerli və xarici qurum və təşkilatların təhsil sənədləri ilə bağlı müraciətləri cavablandırılmış və təhsil sənədlərinin həqiqiliyinin müəyyən olunmasına dair məsələlər həllini tapıb.