Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin VII günündə tarix, coğrafiya və alman dili fənləri üzrə yüksək bal toplayan namizədlər bəlli olub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb. Təqdim edilən siyahıda yüksək bal toplayan namizədlərin bəziləri aşağıdakılardır:
 
1. Günel Hüseynova – Tarix fənni üzrə 97,5 bal 
2. Nigar Məhərrəmova – Tarix fənni üzrə  96,5 bal
3. Asiman Nuruyeva - Tarix fənni üzrə 94 bal
4. Nabat Dəmirli – Coğrafiya fənni üzrə 92,75 bal
5. Şəhanə Babazadə - Coğrafiya fənni üzrə 92,25 bal
6. Lalə İsgəndərova -  Alman dili fənni üzrə 87,5 bal
7. Fikrət Ağayev - Alman dili fənni üzrə 88,75 bal
8. Məsmə Babayeva – Alman dili fənni üzrə 82.5 bal
 
Qeyd edək ki, 9 iyul tarixində təşkil olunan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə tarix, coğrafiya və alman dili fənləri üzrə 7 015 namizəd dəvət olunub. Ümumilikdə 83% davamiyyət qeydə alınıb.