“Son iki ildə mərkəzləşdirilmiş imtahanla 600-ə yaxın tərbiyəçi-müəllim işə qəbul edilib”.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
 
O bildirib ki, 2023-cü ildən başlayaraq tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə 2 dəfə imtahan keçirilib:
 
"Cari ildə məktəbəqədər təhsil müəssisəsinin müdiri vakansiyası üçün mərkəzləşdirilmiş qaydada imtahan təşkil olunub. Test imtahanı mərhələsindən uğurla keçən 177 nəfər müsahibəyə dəvət edilib. Son iki ildə isə 600-ə yaxın tərbiyəçi-müəllim mərkəzləşdirilmiş imtahan nəticəsində işə qəbul olunub. Onlardan 296 nəfəri məhz agentliyin fəaliyyəti dövründə işə qəbul edilib".