Məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesində kimlərin üstünlük hüququna malik olduğu açıqlanıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, üstünlük hüququna malik olan şəxslər aşağıdakı kateqoriyalara daxil olanlardır:
 
- şəhid ailələrinin övladları;
- Qarabağ müharibəsi və Vətən Müharibəsi iştirakçılarının və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- tək işləyən valideynlərin uşaqları;
- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- hərbi xidmətdə olan valideynlərin uşaqları;
- təhsilalan anaların uşaqları;
- çoxuşaqlı ailələrdən olan uşaqlar;
- qəyyumluqda olan uşaqlar.