Cari ildən Azərbaycan Texniki Universitetinə (AzTU) qəbul olan şəxslərdən kağız daşıyıcıda sənəd tələb olunmayacaq. 
 

Bu barədə AzTU-dan "Azərbaycan müəllimi"nə xəbər verilib.

Müvafiq qərar “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətinin portal.edu.az platforması üzərindən həyata keçirildiyi və lazımi məlumatların elektron qaydada təmin edildiyi əsas götürülərək qəbul olunub.

Atılan addım ölkədə rəqəmsal hökumət quruculuğu və rəqəmsal transformasiyanın inkişafı baxımından kağız israfının qarşısının alınması, həmçinin şəffaflığın təmin olunması üçün əhəmiyyətlidir.

Artıq 3 ildir, ali təhsil müəssisələrinə qəbul olan şəxslər sənədlərini elektron formada, www.portal.edu.az xidməti vasitəsilə təqdim edirlər. Müraciətlərin elektronlaşdırılması nəticəsində təhsil müəssisəsinə getmədən müvafiq qəbul xətti üzrə, həmçinin sosial güzəştlə bağlı məlumatların təqdim olunması və təhsil haqqının banka getmədən ödənilməsi mümkündür.