"Respublika Fənn Olimpiadalarında iştiraka maraq artır. İştirakçıların sayının artması məzmunun ağırlaşmasına gətirib çıxarıb və məzmunun ağırlaşması isə daha böyük rəqabətin formalaşması deməkdir".
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində deyib.
 
O bildirib ki, şagirdlərimizin beynəlxalq olimpiadalardakı uğurları da artıb.
 
"Təbii ki, Respublika Fənn Olimpiadalarında məzmunun çətinləşməsi şagirdlərimizin beynəlxalq olimpiadalarda olan uğurlarına da ciddi təsir göstərməkdədir. Əgər 1992-2013-cü illərdə, yəni təxminən 20 il ərzində şagirdlərimiz beynəlxalq olimpiadalarda 231 medal qazanmışdılarsa, son 10 ildə isə 470 medal qazanıblar. Nəzərə alaq ki, hələ il başa çatmayıb və beynəlxalq olimpiadalarda iştiraklar davam edir".