Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin ilk günündə texnologiya və təsviri incəsənət fənləri üzrə yüksək bal toplayan namizədlər məlum olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb. Təqdim edilən siyahıda yüksək bal toplayan namizədlərin bəziləri aşağıdakılardır:
1. Aytən Mamədova - Texnologiya fənni üzrə 95,75 bal
2. Lalə Kərimova - Texnologiya fənni üzrə 95 bal
3. Şəbnəm Zeynalova - Təsviri incəsənət fənni üzrə 93,75 bal
4. Aynur Rzayeva - Texnologiya fənni üzrə 93,75 bal
5. Sevda Fərzullazadə - Təsviri incəsənət fənni üzrə 89,73 bal
6. Elmira Vəliyeva - Təsviri incəsənət fənni üzrə 88,75 bal
Qeyd edək ki, imtahanların ilk gününə texnologiya fənni üzrə 2 564, təsviri incəsənət fənni üzrə 1 592 namizəd dəvət olunub.