Bakı şəhərində və 15 rayonda yerləşən 48 ümumi təhsil müəssisəsində təşkil edilmiş xüsusi siniflərdə səviyyə qiymətləndirmə imtahanları keçirilib. 7-ci siniflərdə riyaziyyat və informatika, 8-ci siniflərdə isə fizika, kimya və biologiya fənləri üzrə keçirilən imtahanların məqsədi şagirdlərin bilik səviyyələrini müəyyən etmək, onlar arasında rəqabət mühiti yaratmaq və müvafiq fənlər üzrə təhsil səviyyəsini ölçməkdən ibarətdir.
 
İmtahanların tədris ili müddətində 4 dəfə təşkil edilməsi planlaşdırılır.
 
Qeyd edək ki, xüsusi istedada malik uşaqların akademik potensialının inkişafı üzrə  bir çox tədbirlər icra edilməkdədir. Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhərində və 15 rayonda yerləşən 48 məktəbdə təşkil edilən xüsusi siniflərdə 1200-dən çox şagird zənginləşdirilmiş proqram  əsasında təhsillərini davam etdirirlər.