Nəzərə alsaq ki, hər il müəllimlərin işə qəbulu imtahanlarında (MİQ) çox yüksək aktivlik müşahidə edirik, həmçinin hər bir fənn üzrə müraciət edənlərin sayı mövcud vakansiyalardan əhəmiyyətli sayda daha çox olur. Bu səbəbdən də sertifikatlaşdırma prosesi nəticəsində əmək müqaviləsinə xitam veriləcək müəllimlərin yerlərinin doldurulmaması riski, təhlükəsi görünmür.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktoru Elnur Əliyev "REAL TV"nin efirində yayımlanan "REAL İntervyu" verilişində sertifikatlaşdırmadan kəsilən müəllimlərin yerlərinin doldurulmaması riski ilə bağlı suala cavabında bildirib.
 
Onun sözlərinə görə, elm və təhsil nazirinin də bilirdiyi kimi, sertifikatlaşdırma prosesinin hər iki cəhdində müvafiq nəticəni toplaya bilməyən müəllimlərin əmək müqaviləsinə xitam verilməsi nazirliyin arzusunda olduğu addım deyil və nazirlik bunu qürurla, həvəslə icra etmir. Qaydalara əsasən, bu müəllimlərlə müqavilə uzadıla bilmir.