2023-2024-cü tədris ili ilk dəfə işəgötürən müəssisələr ilə daha sıx əməkdaşlıq və məzun namizədlərimizdən 20 nəfərin istehsalat təcrübəsi dövründə əmək müqaviləsi bağlanmasına nail olunması ilə yadda qalıb. 
 
Bu barədə “Azərbaycan müəllimi”nə mərkəzin direktoru Cəlil Bağırov açıqlamasında deyib. O bildirib ki, 11 tələbə isə işəgötürən müəssisədə təqaüdlü təcrübə keçib.
 
"Mərkəz bu tədris ilində 2 beynəlxalq, 30-a qədər yerli layihədə uğurla iştirak edib. Mərkəzin "Veb dizayn və proqram təminatı" yüksək peşə ixtisas qrupunun tələbələri Səid Ağaməmmədli, Fikrət İsayev və İxtisas fənn müəllimi Elvin Qasımov COP29 çərçivəsində Dağlıq Şirvan Regional Təhsil İdarəsini təşəbbüsü ilə reallaşan "Yaşıl Dünyada Steam" festivalında “Ağıllı körpü” layihəsi ilə iştirak edərək II yerə layiq görülüb.
 
"İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində ilk dəfə “Peşəkardan dinləyək” layihəsi reallaşıb. Layihənin məqsədi regionda təhsil və sənaye sahələrinin nümayəndələri ilə görüşlərin təşkil edilməsi, məzunlarını, tələbələri və gəncləri regionda peşəkarlığı ilə tanınan insanlarla vahid platformada görüşdürməkdir. İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Könül Bəbirli ölkədəki peşə və orta ixtisas təhsili müəsissələrinin şagird və tələbələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı  Respublika İfa Müsabiqəsinin yekun konsertində I yerə layiq görülərək təltif edilib. İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin “Veb dizayner və proqram təminatı” yüksək peşə ixtisas qrupunun tələbələri Səid Ağaməmmədli, Fikrət İsayev və İxtisas fənn müəllimi Elvin Qasımov “Yaşıl Dünyada Steam” festivalında “Ağıllı körpü” layihəsi ilə iştirak edərək II yerə layiq görülüblər".
 
Qeyd edək ki, bu gün peşə təhsili müəssisələrində “Məzun günü” keçirilir. XIV buraxılışı olan İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində 2024-cü ildə 12 ixtisas üzrə 138 tələbə məzun olur.
 
Ruhiyyə DAŞSALAHLI