Bu il Azərbaycan üzrə 85 mindən çox tələbə məzun adını qazanıb. Onlardan 56 mindən çoxu ali təhsil müəssisələrindən məzun olur.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev iyunun 27-də Milli Gimnastika Arenasında keçirilən Bakı Dövlət Universitetinin "Məzun günü"ndə deyib.
O qeyd edib ki, BDU-nu bu il 5000-dən çox tələbə bitirir.
Nazir müavini, həmçinin qeyd edib ki, təhsil sistemi qlobal çağırışlara cavab verməli, əmək bazarı yeni bilik, bacarıqlar və kompetensiyalar əsasında formalaşmalıdır.