Gələn il hansı fənn müəllimlərinin sertifikatlaşdırmaya cəlb olunacağı növbəti aylarda açıqlanacaq.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
 
O bildirib ki, bizim həm təbiət, həm sosial, bədən tərbiyə, təsviri incəsənət və digər fənn müəllimlərimiz qalıb.
 
"Yəqin ki, növbəti sertifikatlaşdırmaya cəlb olunmada hansısa qarışıq modeldən istifadə olunacaq" - deyə nazir qeyd edib.